Yaponiya vətəndaşları fevralın 1-dən Azərbaycana sadələşdirilmiş viza ilə gələ biləcəklər.
Moderator.az xəbər verir ki, oxu.az-a Azərbaycanın Yaponiyadakı Səfirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycana gəlmək istəyən Yaponiya vətəndaşları Azərbaycanın bütün beynəlxalq hava limanlarından 30 gün müddətində qalmağa icazə verən tək girişli viza ala biləcəklər.































































































