“Taleh Bağırovun üzərində ciddi xəsarətlər vardı”x9d  - Zakir Qaralova müraciət

“Taleh Bağırovun üzərində ciddi xəsarətlər vardı”x9d - Zakir Qaralova müraciət

Hazırda oxunan: “Taleh Bağırovun üzərində ciddi xəsarətlər vardı”x9d - Zakir Qaralova müraciət

112075
“Müsəlman Hərəkatı”x9d Birliyinin həbsdə olan sədri Taleh Bağırovun vəkili Cavad Cavadov baş prokuror Zakir Qaralova kütləvi informasiya vasitəsi ilə müraciət edib.
Moderator.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir:

“Taleh Bağırovun hüquqlarının müdafiəsi üçün qardaşı ilə müqavilə bağladıqdan sonra, dekabr ayının 1-də vəkil orderini, vəsiqəmin surətini qanuna müvafiq qaydada istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə təqdim etmişəm. Eyni zamanda, dekabrın 1-də Taleh Bağırovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nəsimi rayon Məhkəməsinin noyabrın 27-dəki qərarından apelyasiya şikayəti vermişəm.

Dekabrın 2-də işə apelyasiya qaydasında baxılıb və şikayətim təmin edilməyib. Taleh Bağırov apelyasiya məhkəməsinə saxlanıldığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən gətirilməyib. Onunla konfedensial ünsiyyət saxlamaq mümkün olmadı, üzərində görünən çox ciddi xəsarətlər vardı, halsız idi. Ona elan olunan ittihamda özünü təqsirli hesab etmir. İndiyədək onunla vəkil kimi görüşmək imkanı yaradılmır və ailəsinin gətirdiyi paltar, digər zəruri ləvazimatlar qəbul edilmir”x9d.

Vəkil müraciətində “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”x9d qanunu xatırladıb: “Cinayət Prosessual Məcəllənin tələblərinə görə məhkəmə qərarı ilə həbs olunan şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir.

Taleh Bağırovun təqsirləndirilən şəxs kimi hüquqlarının təmin edilməsi, o cümlədən müdafiə hüququnun təmin edilməsi, mümkün ola biləcək işgəncə hallarının araşdırılmasını xahiş edirəm. Eyni zamanda bu hüquqlarımın təmin edilməsi üçün məhkəmə nəzarəti qaydasında şikayət verirəm”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO