Nardaranda gizli toplantı:  Xüsusi əməliyyatdan 1 saat əvvəl...

Nardaranda gizli toplantı: Xüsusi əməliyyatdan 1 saat əvvəl...

Hazırda oxunan: Nardaranda gizli toplantı: Xüsusi əməliyyatdan 1 saat əvvəl...

108597
Virtualaz.org saytının redaksiyasına Nardaranda 2-si polis olmaqla 6 nəfərin öldüyü əməliyyatdan əvvəl Hacı Tale Bağırzadənin keçirdiyi toplantıdan çəkilmiş fotolar daxil olub.

Fotolardan məlum olur ki,Nardaran sakinlərindən birinin evində keçirilən toplantıda onlarla dindar var. Hacı Tale Bağırzadə isə başda oturub və hansısa məsələni müzakirə edir.

Evə toplaşanların əksəriyyəti gənclərdir və onlar Tale Bağırzadənin ölkədəki siyasi vəziyyət barədə “alovlu nitqini”x9d diqqətlə dinləyirlər.

Mənbə bildirir ki, bu kadrların çəkilməsindən düz bir saat sonra DİN-in xüsusi təyinatlıları evə basqın edib. Bu zaman Tale Bağırzadənin tərəfdarları polisə silahlı müqavimət göstərib.

Qeyd edək ki, dünən yayılan bəzi məlumatlarda xüsusi əməliyyatın dindarların namaz qıldığı bir vaxtda keçirildiyi deyilirdi. Yaxud Nardaran sakinləri danışırdı ki, T.Bağırzadə əməliyyatın keçirildiyi vaxt toplantı keçirməyib, sadəcə olaraq polis təqiblərinə görə sakinlərdən birinin evində imiş.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO