Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində yalan informasiyaların artması ilə bağlı narahatlığını ifadə edib. Ə.Həsənov saytlardan birinə açıqlamasında internet mediasında vəziyyətin daha acınacaqlı olduğunu bildirib:
“Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”x9d, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”x9d, evlərində “axtarışlar”x9d aparılması, məmurların “həbsi”x9d, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı”x9d və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur".
Ə.Həsənovun məlum açıqlamasının ardınca Mətbuat Şurası da bəyanat yayaraq mediaya xəbərdarlıq edib:
“Mətbuat Şurası ölkədə kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərdiyini
bəyan edən media orqanlarını jurnalistika prinsiplərinə sadiq olmağa
çağırır. Qurum bu sadiqliyi təkcə peşə borcunu ləyaqətlə yerinə yetirmək öhdəliyi
deyil, müstəqil Azərbaycan Respublikasında qərarlaşmış qanunçuluğa, siyasi
mövqeyindən, dünyagörüşündən asılı olmayaraq hər bir vətəndaşın dövlətə
etimadının qorunmasına ehtiram əlaməti kimi dəyərləndirir. Şura bütün bunları nəzərə
almayan, iradlardan nəticə çıxarmayan KİV-lər barədə müvafiq tədbirlərin görülməsi
məqsədilə əlaqədar strukturlar qarşısında məsələ qaldıracaq və mövqeyində
israrlı olacaq”x9d.
Maraqlıdır, istər Ə.Həsənovun,
istərsə də Mətbuat Şurasının media ilə bağlı səsləndirdiyi irad və hədələr nə dərəcədə
əsaslıdır? “MTN işi”x9d, habelə digər nazirliklərdə həyata keçirilən həbslərlə
bağlı rəsmi informasiyaların yox dərəcəsəində olduğu bir şəraitdə, mediada bəzi
hallarda yalan və əsassız informasiyalar yer alması təbii deyilmi? Medianı
yalan məlumatlar yaymaqda ittiham edən rəsmilər medianın operativ şəkildə rəsmi
informasiya ilə təmin edilməməsinə niyə toxunmur?
Moderator.az xəbər verir
ki, məsələ ilə bağlı “Hürriyyət”x9d qəzetinə açıqlama verən “Yeni Nəsil”x9d
Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev şaiyələrin
yayılmasında rəsmi informasiya qıtlığının mühüm rol oynadığını vurğuladı:
“Əgər biz məsələyə
professional nöqteyi-nəzərdən yanaşsaq, yalan informasiya ilə şaiyələri
bir-birindən ayırmalıyıq. Bunlar prinsipcə fərqli məsələlərdir. Söhbət media tərəfindən
qəsdən uydurulmuş, ictimai rəyi çaşdırmaq üçün ortaya atılan informasiyalardan
gedirsə, biz bunları yalan informasiya kimi qiymətləndirə bilərik. Sizi əmin
edirəm ki, onlar elə də çox deyil. Xüsusilə də, aparıcı media orqanlarının
hakimiyyətlə sıx işlədiyi bir şəraitdə belə şeylər çox deyil. Amma şaiyələr
çoxdur. Onların yaranması səbəbi isə bəllidir. Şaiyələrin yaranmasının ilkin səbəbi
ictimai rəyin diqqətində, marağında olan məsələ haqqında rəsmi informasiyanın
olmamasıdır. Tək MTN-dəki həbslərlə bağlı deyil, hərbi münaqişələr, fövqəladə
hallarla bağlı dəfələrlə bu problem üzə çıxıb. Bu problemin səbəbi isə dövlət
informasiya strukturlarının kifayət qədər operativ fəaliyyət göstərməməsi olub
ki, bu həqiqət hamımıza bəllidir. Belə olan halda media orqanları ilə bağlı
inzibati tədbirlərin görüləcəyi hədəsi bir qədər yerinə düşmür. Çünki dəfələrlə
belə hədələr səslənib. Bununla bağlı dəfələrlə tədbirlər, toplantılar da
keçirilib. Lakin vəziyyət dəyişməyib. Ciddi cəzalar da tətbiq olunmayıb. Çünki
bu cür hallarla bağlı hansısa ciddi cəzaların tətbiq edilməsi absurddur. Əgər
belə olsa, onda gərək hər iki jurnalistdən birini cəzalandırasan. Hansı ki, həmin
jurnalistlər rəsmi informasiya almaqda çətinlik çəkirlər. Nə də mətbuata yönəlik
ittiham və xəbərdarlıqlar azalmır. 2-3 aydan bir açıqlama verirlər ki, yalan
informasiylar artır, tədbirlər görüləcək və s. Vəziyyət həm də ona görə dəyişmir
ki, dövlət qurumları media ilə əlaqələrini operativ şəkildə təşkil etmirlər. Nə
qədər ki, dövlət qurumları, onların mətbuat xidmətləri media ilə, ictimaiyyətlə
əlaqələrini çevik şəkildə qurmayıb, nə hədə-qorxular, nə qanunvericilikdə edilən
dəyişikliklər bu çatışmazlıqların aradan qaldırılması ilə nəticələnməyəcək”x9d.
Seymur Əliyev








































































































