“Hitler Naxçıvanlıdır!”x9d

“Hitler Naxçıvanlıdır!”x9d

Hazırda oxunan: “Hitler Naxçıvanlıdır!”x9d

106840

Moderator.az xəbər verir ki, ADR sədrinin müavini Səxavət Əlisoy facebook səhifəsində son günlər müxtəlif nazirlərin, generalların Azərbaycanın hansı bölgəsinə məxsus olması ilə bağlı

sosial şəbəkələrdə, mətbuatda gedən müzakirələrlə bağlı maraqlı status paylaşıb. Həmin statusu oxucuların diqqətinə çatdırırq:

“Hitler Naxçıvanlıdır!

Şəxsən, mənim üçün "haralısan" problemi yoxdur. 
Nədən ki, 21-ci əsrin 15-ci ilində yaşadığımın fərqindəyəm. 
Bunun fərqində olmayanlaradır sözüm, balıq hafizəli, hinduşka beyinli "ziyalılar" qansın deyə, yazıram. 
Qəzet, internet səhifəsi redaktoru var ki, bir dəfə də olsun vəzifədə olan həmyerlisinin əleyhinə bir kəlmə söz yazdırmır. Amma kefi istədiyi kimi naxçıvanlıların üstünə gedir.
Partiya sədri var ki, "naxçıvanlı" kəlməsinə allergiyası var.
Özünü "siyasi ekspert", "politoloq", nə bilim daha nə sayanlar var ki, Naxçıvana nifrətini gizlədə bilmir.
Cəmiyyətə naxçıvanlıların üst təbəqə olduğu sıranır.
10 minlərlə naxçıvanlı sözün əsl mənasında cəlayi-vətəndir və belə yazıları oxuyanda nəinki demokratiyaya, hətta, insanlığa nifrət edir...
Bu dövləti çökdürən kiminsə, Naxçıvanlı olub-olmadığını dartışmağın nə anlamı var?
Məgər, Su
rət Hüseynov, Əlikram Hümbətov Naxçıvanlı idi?
Səfər Əbiyev haralı idi?
Cahangir Əsgərov Naxçıvanlıdır?
Ziya Məmmədov necə, Naxçıvanlıdır?
Fazil Məmmədov haralıdır?
Əli Həsənov (Qaçqınkom) Naxçıvanlıdır?
Abid Şərifov bəlkə Naxçıvanlıdır.
Rüşvəxor nazirlərin, vəzifə sahiblərinin hamısı Naçıvanlıdır, məgər?
Ey gerizəkalı "ziyalılar", "siyasətçilər", "politoloqlar", "ekspertlər" və "nəbilim nələr" bilin ki, Naxçıvan da Azərbaycandır,
Bu həqiqəti qanmaq istəmirsinizsə, o zaman Hitleri də, Mussolini də, Səddam Hüseyni də, lap belə Bin Ladeni də "naxçıvanlı" saya bilərsiniz!!!
”x9d

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO