“Azərsu”x9d, “Biwater”x9d və “Nobel Oil”x9d şirkətləri arasında memorandum imzalanıb

“Azərsu”x9d, “Biwater”x9d və “Nobel Oil”x9d şirkətləri arasında memorandum imzalanıb

Hazırda oxunan: “Azərsu”x9d, “Biwater”x9d və “Nobel Oil”x9d şirkətləri arasında memorandum imzalanıb

105260
Bu gün “Azərsu”x9d ASC-də Böyük Britaniyanın “Biwater”x9d və onun yerli tərəfdaşı “Nobel Oil”x9d şirkətləri arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.
 
“Azərsu”x9ddan Moderator.az -a verilən məlumata görə, memorandum “Biwater”x9d və “Nobel Oil”x9d şirkətləri tərəfindən “Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğuları”x9d layihələri üzrə texniki-iqtisadi əsaslandırma və digər araşdırma işlərinin aparılmasını nəzərdə tutur.
 
İmzalanma mərasimində çıxış edən “Azərsu”x9d ASC-nin sədri Qorxmaz Hüseynov prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verib, bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. O, su təchizatı və kanalizasiya infrastrukturlarının dünya standartları səviyyəsində qurulması üçün ən yeni texnologiyalardan istifadə edildiyini xatırladaraq, çirkab sutəmizləyici qurğuların layihələndirilməsində Britaniya şirkətləri ilə əməkdaşlığın faydalı olacağını deyib: “Çirkab sutəmizləyici qurğuların texniki iqtisadi əsaslandırılması sahəsində böyük təcrübəsi olan “Biwater”x9d şirkəti ilə əməkdaşlığın geniş perspektivləri var. Lökbatan və Şüvəlanda təmizləyici qurğuların tikilməsi ilə Abşeron yarımadasında formalaşan tullantı suların əhəmiyyətli hissəsi bu qurğulara yönəldiləcək. Bu layihələrin icrası zamanı tunel və mikrotunel tipli kanalizasiya kollektorlarının tikintisi də nəzərdə tutulur. Hesab edirəm ki, bu layihələrin böyük ekoloji faydası olacaq”x9d.
 
“Biwater”x9d şirkətinin icraçı sədri Edrian Uayt bildirib ki, təmsil etdiyi qurum çirkab suların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır: “Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izləyirik. Qısa müddətdə böyük layihələrin icrasına başlanılmışdır. Şirkətimizin bu sahədə geniş təcrübəsini nəzərə alıb Azərbaycanda tullantı sularının idarəolunması sahəsində irimiqyaslı layihələrinin icrasında yaxından iştirak etmək və bu işləri qısa müddətdə icra etmək niyyətindəyik”x9d.
 
İmzalanma mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq də iştirak edib. 
 
Əməkdaşlıq Haqqında Memorandumu “Azərsu”x9d ASC-nin sədri Q. Hüseynov, “Biwater”x9d şirkətinin icraçı sədri E. Uayt və  “Nobel Oil”x9d şirkətinin baş icraçı direktoru Maykl Rinq imzalayıblar. Sənədə əsasən “Biwater”x9d və “Nobel Oil”x9d şirkətləri Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğularının texniki iqtisadi əsaslandırılmasını işləyib hazırlayacaq. 
 
Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi Agentliyi tərəfindən Abşeron yarımadasında çirkab sutəmizləyici qurğuların və kanalizasiya kollektorlarının tikintisinə 800 milyon ABŞ dolları vəsait ayrılması təklif edilib.
 
Qeyd edək ki, Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Planının tövsiyələrinə əsasən yarımadanın yaşayış məntəqələrində formalaşan tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması üçün hövzələr seçilmiş, hər bir hövzə üçün çirkab sutəmizləyici qurğular kompleksləri və magistral kanalizasiya kollektorları layihələndirilib. Böyük Britaniyanın “Biwater”x9d şirkəti dünyanın müxtəlif şəhərlərində genişmiqyaslı su və çirkab suları təmizləmə texnologiyalarını təqdim edir. Şirkət 90-dan çox ölkədə hidrotexniki qurğularının layihələndirilməsi, tikintisi, istismarı  və texniki xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir.
 
“Nobel Oil”x9d şirkəti isə Xəzər regionunda mühəndis-layihələndirmə, qazma və layihələrin idarə olunması, texniki və servis xidmətlərinin göstərilməsi, təchizat, satınalmalar və layların məhsuldarlığının artırılması xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO