"Aztelekom"da YENİ RƏHBƏR

Hazırda oxunan: "Aztelekom"da YENİ RƏHBƏR

10411

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" MMC-yə yeni rəhbər təyin olunub.

Sfera.az APA-a istinadən bildirir ki, Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə gətirilib.
 
Qeyd edək ki, S.Paşayev buna qədər "Rcom" şirkətinin baş direktoru vəzifəsini tutub.
 
Xatırladaq ki, bu təyinata qədər "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədovolub. M.Məmmədov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən "Aztelekom"un baş mühasibiOqtay Rüstəmov də saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO