İstintaq qrupuna general Əli Nağıyev rəhbərlik edir -Eldar Mahmudov ev dustağıdır...

İstintaq qrupuna general Əli Nağıyev rəhbərlik edir -Eldar Mahmudov ev dustağıdır...

Hazırda oxunan: İstintaq qrupuna general Əli Nağıyev rəhbərlik edir -Eldar Mahmudov ev dustağıdır...

101509
MTN başçısı Eldar Mahmudovun istefaya göndərilməsi ətrafında müəmma davam edir. Nazirin istefaya göndəriləməsi haqda rəsmi xəbərdən əlavə öz təsdiqini tapan yeganə informasiya budur ki, MTN-də xüsusi əməliyyat keçirilib və bir neçə yüksək rütbəli əməkdaş həbs olunub.  Xüsusi Dövlət Mühafizə Xidmətinin, DİN-in və Baş Prokurorluğun əməkdaşları MTN-də birgə xüsusi əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar.

Saxlanılan şəxslər hazırda elə MTN-in təcridxanasındadır. Monitorinq Mərkəzi isə möhürlənib. Orada hazırda araşdırma gedir.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə gəlincə isə,  o, hal-hazırda öz evindədir, faktiki olaraq ev dustağıdır.

Baş Prokurorluğun istintaq qrupu isə MTN-də qanun pozuntuları faktlarını və qulluq mövqeyindən sui-istifadə hallarını üzə çıxarmaq üçün təhqiqata başlayıb. Hətta baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasında olublar.

Məlumata görə, istintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir.

eli n

Hüquq-mühafizə orqanlarının nümayəndələri MTN-də keçirilən xüsusi əməliyyatla bağlı heç bir şərh vermirlər./virtualaz.org/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO