Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran-Prisi ilə bağlı tikinti və quraşdırma işlərinin 85 faizi başa çatıb. Mühafizə hasarlarının və bloklarının quraşdırılması 8 gün ərzində tamamlanacaq.
Bizim.Media xəbər verir ki, bu sözləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə açıqlamasında deyib.
Bakı trekinin iyunun 7-dək yarışa hazır vəziyyətə gətiriləcəyini deyən T.Butçer vurğulayıb ki, bundan sonra Beynəlxalq Avtomobil Federasiyası trekə baxış keçirəcək. Əgər ehtiyac olarsa, düzəlişlər ediləcək.
“Bakı şəhər halqasında tamaşaçılar üçün 9 tribuna var. Ən böyük tribuna “Abşeron” tribunasıdır ki, onun 5 min 500 tamaşaçı tutumu var. "Formula 1" Azərbaycan Qran-Prisini canlı izləmək üçün tribunalarda 16 min 700 oturacaq quraşdırılıb”, - deyə T.Butçer əlavə edib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.
Bizim.Media
![Bakı şəhər halqası iyunun 7-dək hazır vəziyyətə gətiriləcək - Bakı şəhər halqası iyunun 7-dək hazır vəziyyətə gətiriləcək -](https://bizim.media/file/articles/2022/05/30/1653926191_1-kcur-2.jpg)
- A-
- A
- A+
Formula 1
20:30 / 30.05.2022
Bakı şəhər halqası iyunun 7-dək hazır vəziyyətə gətiriləcək - "Formula 1"
Hazırda oxunan: Bakı şəhər halqası iyunun 7-dək hazır vəziyyətə gətiriləcək - "Formula 1"
Hazırda oxunan: Bakı şəhər halqası iyunun 7-dək hazır vəziyyətə gətiriləcək - "Formula 1"
76872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
11:14
Kibercinayətkarlığa qarşı DİN və bankların nümayəndələrindən ibarət işçi qrup yaradılıb - FOTO
![Çay və lavanda plantasiyasının genişləndirilməsinə 30 min manat güzəştli kredit verilib - FOTO](https://bizim.media/photo/400x222/2024/07/18/1721330999_1.jpg)
04:50