"Formula 1" üzrə Azərbaycan Qran-prisinin trasında DƏYİŞİKLİK 

Hazırda oxunan: "Formula 1" üzrə Azərbaycan Qran-prisinin trasında DƏYİŞİKLİK 

74703

Gələn ay Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin pit-leynində dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov açıqlamasında bildirib. 

"Trasda heç bir dəyişiklik yoxdur. Lakin Beynəlxalq Avtomobil Federasiyası bizdən xahiş etdi ki, onu daha təhlükəsiz etməkdən ötrü pit-leynin girişində dəyişiklik aparaq.

Görək, bu dəyişiklik hansı nəticələrə gətirib çıxaracaq. Düşünmürəm ki, pilotlar pit-leynə səhvə yol verəcək şəxslərdəndir. Dəyişiklik indiki və əvvəlki hissələrdə edilib. Yəni, formaya bir qədər düzəliş edilib" – deyə BŞH rəsmisi qeyd edib. 

Xatırladaq ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO