"Formula 2": Sıralama turunun birincisi bəlli oldu - FOTO

"Formula 2": Sıralama turunun birincisi bəlli oldu - FOTO

Hazırda oxunan: "Formula 2": Sıralama turunun birincisi bəlli oldu - FOTO

211311

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib.

Bizim.Media-nın məlumatına görə, ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.

"Prema Racing"dən Andrea Kimi Antonelli ikinci, "Art Grand Prix"dən Viktor Martins üçüncü pillədə yer alıb.

Daha əvvəl "Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi birinci olub.

"Formula 1"də isə ilk sınaq yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ilk pilləni tutub.

Bu gün "Formula 1"də ikinci sərbəst yürüş də gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO