“Formula-1” üzrə dünya çempionatıında 7-ci mərhələ keçirilib.
Bizim.Media xəbər verir ki, İtaliyada təşkil olunan Emiliya-Romanya Qran-prisində Maks Ferstappen qalib gəlib.
“Red Bull” pilotu 63 dövrəlik yarışı 1-ci pillədə başa vurub. Niderlandlı sürücü Lando Norris (“Maklaren”) və Şarl Lekleri (“Ferrari”) arxada qoyub. Maks kiçik fərqlə Norrisi qabaqlayıb.
Ferstappen mövsümdə 5-ci qələbəsini qazanıb. Hesabında 161 xal olan sürücünü Lekler (113 xal) və komanda yoldaşı Serxio Peres (107 xal) izləyir.
Emiliya-Romanya Qran-prisi
1. Maks Ferstappen (“Red Bull”) — 63 dövrə.
2. Lando Norris (“Maklaren”) +0.725
3. Şarl Lekler (“Ferrari”) +7.916
4. Oskar Piasti (“Maklaren”) +14.132
5. Karlos Sayns (“Ferrari”) +22.325
6. Lyuis Hemilton (“Mersedes”) +35.104
7. Corc Rassell (“Mersedes”) +47.154
8. Serxio Peres (“Red Bull”) +54.776
9. Lens Stroll (“Aston Martin”) +1:19.556
10. Yuki Tsunoda (“RB”) +1 dövrə
Bizim.Media
- A-
- A
- A+
Formula 1
00:44 / 20.05.2024
Maks Ferstappendən 5-ci qələbə
Hazırda oxunan: Maks Ferstappendən 5-ci qələbə
Hazırda oxunan: Maks Ferstappendən 5-ci qələbə
192962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.