Sürət həvəskarlarının diqqəti bu gündən Azərbaycana yönələcək. Nüfuzlu beynəlxalq yarışların təşkilində böyük təcrübə qazanmış ölkəmiz 7-ci dəfə Formula 1 üzrə Azərbaycan Qran-prisinə ev sahibliyi edəcək.
Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula 1 yürüşlərinin paytaxtımızda keçirilməsi ölkəmizin beynəlxalq idman ictimaiyyətində qazandığı uğurun və nüfuzun göstəricisidir.
Həm yerli, həm də xarici turistlər üçün yarışın maraqlı və əyləncəli olması üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən bütün zərruri tədbirlər həyata keçirilib.
Daha ətraflı hazırladığımız videosüjetdə:
Rəşad Rafiqoğlu, Bizim.Media