İlk dörd ilin göstricilərinə görə Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsindən ölkə iqtisadiyyatına gələn gəlir 500 milyon dollar olub.
Bizim.Media xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.
O qeyd edib ki, 2023 Formula 1 Azərbaycan Qran Prisi də ölkə iqtisadiyyatına böyük töhfə verəcək.
“Bu il də maksimal sayda azarkeşlərin gəlməsi iaşə obyektləri və digər obyektlər üçün, ümumi iqtisadiyyatımız üçün öz töhfəsini verəcək. Bu yarışlarn Azərbaycan iqtisadiyyatına gətirəcəyi faydalar hesablanıb açıqlanacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Qran Pridə 10 komanda iştirak edəcək.
Bizim.Media
- A-
- A
- A+
Formula 1
12:20 / 18.04.2023
Formula 1 Azərbaycan iqtisadiyyatına 500 milyon dollar gəlir gətirib - Əməliyyat Şirkəti
Hazırda oxunan: Formula 1 Azərbaycan iqtisadiyyatına 500 milyon dollar gəlir gətirib - Əməliyyat Şirkəti
Hazırda oxunan: Formula 1 Azərbaycan iqtisadiyyatına 500 milyon dollar gəlir gətirib - Əməliyyat Şirkəti
131403
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.