"İran üçün dəmir yumruq yox, polad yumruq gündəmə gəlməlidir"
"İran tarixən də terrorla məşğul olub. Əgər, İranın əsl tarixinə baxsaq görərik ki, 656-cı ildə Persiyanın tarixinə son qoyulub və ondan sonra farslar hakimiyyətdə olmayıb. Ta ki, 1925-ci ilə qədər".
Bu sözləri Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, sabiq millət vəkili Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, bu müddət ərzində İran daima terrorla məşğul olub: "İranın bunun üçün xüsusi terror düşərgələri var və bu, birmənalıdır. İranın terror dövləti olduğunu tək Azərbaycanla İsrail demir, Türkiyə də bunu bilir. Artıq bütün dünya bundan xəbərdardır".
"Azərbaycanın İrandakı səfirliyinə edilən hücum da xüsusi peşəkarlıqla hazırlanan hücum idi. Bununla Azərbaycana mesaj verildi. Yəni, yanvarın 27-si holokostdur, niyə siz İsraillə bir yerdəsiz? Həmçinin, 1970-ci ildə yenə yanvarın 27-də ermənilər türk diplomatlara sui-qəsd etmişdilər. Yəni, gün də təsadüfi seçilməyib, adam da. Terrorçunun adı Yasindir, Quranda bu adda surə var. Hüseynzadə türk kökənlidir. Görünən, odur ki, İran öz xislətinə uyğun hərəkət elədi, Azərbaycanın səfirliyinə hücum etməklə dövlət sərhədimizi pozdu, vətəndaşımızı öldürdü. Digər vətəndaşımız həmin terrorçunun qarşısını almsayadı səfirliyin bütün ənəkdaşları həlak olacaqdı. Bu da azmış kimi İran polisi baş verənlərə müdaxilə etmək əvəzinə, sadəcə prosesləri müşahidə elədi. Tehran polis rəhbərliyi də gah yalandan bəyan elədi ki, həmin adam ermənidi, sonra dedi ki, uşaqla gəlib və.s Halbuki, avtomat "Kalaşnikov"la içəri girən adamın bilərəkdən tapşırılqa bunu etdiyi sirr deyil" - deyə, Nuriyev vurğulayıb.
Sabiq deputat əlavə edib ki, necə ola bilər ki, mühafizəçinin gözü qarşısında silahlı şəxs səfirliyə daxil olsun, amma heç kim onu görməsin:
"Bu, mümkün olan iş deyil. Görünən odur ki, bu hadisə hazırlanmış təxribatdır. İran bununla Azərbaycana mesaj verir ki, sizi öz həmvətəninizin əliylə vuracağıq. Amma hər şeyi üzlərinə, gözlərinə bulaşdırdılar".
"Azərbaycan bu məsələni belə qoya bilməz. Azərbaycan mediası, parlamenti, siyasi partiyalar bu prosesin üzərinə germəlidir. İran bizə çağırış elədi - sərhədimizi pozdu, vətəndaşmızı öldürdü, indi də cavabını almalıdır. Bu cavabı da bir yerdə verməliyik. Artıq İran üçün dəmir yumruq yox, polad yumruq gündəmə gəlməlidir. Çünki bu, həm də Ermənistanla bağlı bizə verilən mesajdır. İran bizdən qorxsun" - müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib



































































































