İnternet yoxa çıxacaq?
"Siyasətə o qədər aludə olmuşuq ki, elm və incəsənəti unutmuşuq..."
"Ümumdünya hörümçək torunu yaradanlar bu savaşı texnoloji nəhənglərə və dövlət ideologiyalarına uduzdular..."
"Problem xüsusilə smartfonlardan başlayıb, biz limitsiz internetdən istifadə etməyə başlamışıq və vətəndaşlara hakimiyyət tərəfindən asanlıqla nəzarət edilir..."
İlkin olaraq internet istənilən fikri ifadə etmək üçün azad meydança kimi düşünülüb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri yazıb.
Lakin ümumdünya hörümçək torunu yaradanlar bu savaşı texnoloji nəhənglərə və dövlət ideologiyalarına uduzdular. Ona görə də insanların internetə qarşı üsyan etməkdən savayı başqa çıxış yolu qalmır, məqalə müəllifi hesab edir.
İnternetin yaradıcılarından olan Qert Lovnik qeyd edib ki, ümumdünya hörümçək torunun yaradıcıları bu layihəni vətəndaşların dəstək verdiyi desentralizasiyalı şəbəkə kimi düşünüb. O, əlavə edib:
"Biz bu savaşı fenomenal olaraq uduzmuşuq. İnternert ayrı-ayrı insanların və ya bütövlükdə cəmiyyətin hüquqlarına az qayğı göstərən texnoloji şirkətlərin əlindədir".
Qert Lovindk deyir ki, "söz azadlığı deyilən anlayış" daha mövcud deyil və biz belə bir fikrə alışmalıyıq ki, nə zamansa internet epoxası sona çata bilər.
Azadlıq məhduddur
Bəli, ilkin olaraq internet azad mühit olub, lakin indi o, texnoloji şirkətlər və dövlətlərin nəzarətinə keçib.
Üstəlik, internet elə bir məkana çevrilib ki, fikir müxtəlifliyi məhdudlaşdırılır, bəzən isə insanlar tvitə görə bir-birini "daşa basır". Təbii ki, "fikir azadlığının həddi olmalıdır" düşünənlər də var.
Həmçinin, ola bilsin ki, problem smartfonlardan başlayıb. Onların sayəsində biz istənilən anda internetdən limitsiz istifadə etməyə başlamışıq, lakin bu, hakimiyyətə vətəndaşlara nəzarət etməyi asanlaşdırıb.
Lovinkin belə misalı maraq doğurur: "Bir çox gənc insanların özünüqiymətləndirməsinin təhrif olunması və psixoloji pozuntuları olması bir yana qalsın, eyni zamanda, bizim beynimizin bəzi kritik funksiyaları daha da pisləşir. Qısamüddətli hafizə pisləşir, diqqətimiz daha fraqmentar olur və dar çərçivəyə yönəlir".
Sanki fantastik filmdir
Beləlklə, əgər insanlar bundan sonra da texnloloji şirkətlər və dövlət ideologiyaları tərəfindən "sıxıntı" çəkməkdə davam edərsə, tezliklə robotlara çevriləcək.
Mən inanıram ki, bu təhlükə qarşısında insanlar internrtin özünə qarşı üsyan edəcək.
Yaxşı, bəs interneti nə əvəzləyəcək? İnterntenin davamı olan texnologiya nə dərəcədə azad ola biləcək?
Ola bilsin ki, hətta antiutopik gələcəkdə nüvə və iqlim fəlakətləri səbəbindən internet mütləq düşmənə çevrilsin, üsyançılar daha heç vaxt ondan istifadə etməsin. Fantastik filmə bənzəyir, elə deyilmi?
Bəyəm bu, "altıtərəfli müxalif koalisiyası"ndan maraqlı mövzu deyil? Diqqət etmisinizsə, biz siyasətə o qədər aludə olmuşuq ki, elm və incəsənəti unutmuşuq.
Müəllif: Mövlud Tezel


























































































