“1 həftə bulvarda yatdım, axşam düşən kimi gəlib kolların arasında gecələyirdim...”

“1 həftə bulvarda yatdım, axşam düşən kimi gəlib kolların arasında gecələyirdim...”

Hazırda oxunan: “1 həftə bulvarda yatdım, axşam düşən kimi gəlib kolların arasında gecələyirdim...”

577963
“Uşaq evində böyümüşəm. Atamı 1941-ci ildə itirdim. Sonra anam da rəhmətə getdi. 3 yaşında məni uşaq evinə qoyublar. O günləri hər zaman gözümün qarşısına gətirirəm. Yadımdadır, heç yadımdan çıxmır ki! Gözəl səsim var idi, mahnı oxuyurdum, şeir deyirdim. Uşaqlar məni həmişə alqışlayırdılar. Bir dəfə də mahnını oxudum, mənə alqış gəlmədi. Uşaq evinin rəhbərinə “anacan” deyirdik. Gördüm ki, anacan oturub mənə qulaq asır, uşaqlar onu görüblər alqışlamaqdan çəkiniblər. Direktor mənə yaxınlaşıb dedi ki, “Sona, qızım sən heç kimə demə ki, mənim anam yoxdur, mən sənin ananam”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Sona Babayeva deyib. O, daha sonra əlavə edib.
“Günlərin bir günü uşaq evindən ayrılmalı oldum. Çünki mən sənədlərimi İncəsənət universitetinə vermişdim. O vaxt belə bir qayda-qanun var idi, buna görə məni uşaq evindən çıxardılar. Heç kimim də yox idi, hara gedərdim?! 1 həftə bulvarda yatdım. Dərsdən çıxandan sonra kafedə sup yeyirdim. Axşamlar yenə də gəlirdim parka, insanlar uzaqlaşan kimi kolların arasında yatırdım” deyə aktrisa bildirib.
 
Sona Babayeva ona kömək edən aktyor həmkarı Şahmar Ələkbərovdan da danışıb.
 
“Qış ayı idi, soyuqlar gəlirdi. Gördüm ki, artıq dözmək çətindir. Uşaqlara dedim ki, universitetdən çıxıram. O vaxt bizim kursda Şahmar Ələkbərov, Tariyel Qasımov, Səfurə İbrahimova, Həsən Əbluc və s sənətkarlar oxuyurdular. Şahmar dedi ki, gedək bizdə qal. Bir ay onlarda, bir ay Həsən Əblucgildə qaldım. Sonra yenə də direktorun yanına gəlib universitetdən çıxmaq istəyimi bildirdim. O Ağaxanı yanına çağırdı, tapşırdı ki, bir yaxşı ev tap Sona üçün. Mənim üçün bir ev də tutdular, yaxşı oxuduğuma görə pul mükafatı da alırdım” deyə aktrisa bildirib.
 
Sona Babayeva bu günki fəaliyyətindən də danışıb.
 
“Yaş həddi ilə bağlı demək olar ki, teatra nadir hallarda gedirəm. Bəzən olur ki, heç getmirəm, çünki repertuarda tamaşam yoxdur. Amma sağ olsunlar film və seriallara dəvət edirlər. Sonuncu dəfə elə “Bir qadın” serialında çəkildim. Çox gözəl obraz oynadım. Film və serial aktrisanı məşhurlaşdırır, tamaşaçılara sevdirir. İndi elə yaşımdır ki, yalnız ana və daha dəqiq desək nənə obrazlarını oynaya bilərəm” deyə aktrisa bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO