Rusiyanın Ryazan və Saratov hərbi aerodromlarının ardınca Kursk aerodromunda da yanğın baş verib. Burada neft tankeri partlayıb.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı öz teleqram-kanalında Kursk vilayətinin qubernatoru Roman Starovoyt paylaşıb.
"Pilotsuz təyyarənin hücumu nəticəsində Kursk aerodromunun ərazisində neft anbarı yanıb. Ölən və yaralananlar olmayıb. Yanğın lokallaşdırılıb. Bütün xüsusi xidmət orqanları yerində işləyir”, - qubernator belə yazıb.
Şahidlərin sözlərinə görə, aerodrom ərazisindəki yanğın güclüdür...
Xatırladaq ki, dünən - dekabrın 5-də Rusiyanın Saratov və Ryazandakı iki aerodromuna - hücum olub. Ryazan yaxınlığındakı aerodromda yanacaq tankeri partlayıb. Nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Həmçinin, naməlum görünən pilotsuz uçaq Saratovdakı hərbi aerodroma hücum edib. Bu səbəbdən Rusiya Federasiyasının Ukrayna ərazisinə hücum etdiyi iki "Tu-95" təyyarəsi zədələnib.
Sultan Laçın

































































































