Həkimlərimiz ÜST-ün xəbərdarlığını TƏSDİQ ETDİ: Hindistan dərmanları insanları zəhərləyir

Həkimlərimiz ÜST-ün xəbərdarlığını TƏSDİQ ETDİ: Hindistan dərmanları insanları zəhərləyir

Hazırda oxunan: Həkimlərimiz ÜST-ün xəbərdarlığını TƏSDİQ ETDİ: Hindistan dərmanları insanları zəhərləyir

98132

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində deyib ki, öskürəyə qarşı Hindistan istehsallı dərman və siroplar kəskin böyrək zədələnməsinə səbəb olur.  

"Bu dərmanlardan istifadə Afrikanın Qambiya bölgəsində 66 uşağın ölümü ilə nəticələnib. Həmin dərmanların təhlükəsizliyi və keyfiyyətinə dair indiyədək heç bir zəmanət verilməyib" - deyə ÜST rəhbəri qeyd edib. 

Gebreyesus bununla yanaşı qeyd edib ki, həmin preparatlardan istifadə qarın ağrısı, baş ağrısı və psixi durumun dəyişməsinə səbəb ola, eləcə də ölümlə nəticələnə bilər.

Azərbaycan Tibb Universitetinin həkimi Aydın Əliyev bildirir ki, ölkəmizdə də anoloji problemlər yaşanır: 

“Hələ də ölkəmizə Hindistanda da istehsal edilən müxtəlif dərmanlar gətirilməkdə davam edir. Ölkəyə gətirilən dərman preparatlarını laboratoriya şəraitdə yoxlamalı olan müvafiq qurumlar öz işlərinin öhdəsindən gəlmir. Türkiyədən alınan eyni adlı dərman xəstəyə yaxşı təsir edir, amma Hindistandan gətirilən anoloji dərman isə təsir etmir. Alman apteklərindən alınan dərmanlar da təsir edir, amma yerli apteklərdən alınan Hindistan mənşəli dərmanlar yenə də təsir etmir.

Bu da Hindistan istehsalı olan dərmanların keyfiyyətsiz olduğunun göstəricisidir. Prosesə nəzarət etməli qurumlar isə bu fonda işlərinin öhdəsindən gələ bilmir.

İnhisarçılığın olması prosesdə şəffaflığın əldə edilməsinə maneə olur. Hindistan istehsalı olan dərmanlar hələ də ölkəmizə çox sayda gətirilir. Elə dərmanlar var ki, dünyda qadağan olunsa da, Azərbaycanda satışda var. Sözügedən qurumlara ciddi nəzarət olsa, belə keyfiyyətsiz dərmanlar ölkəmizə ayaq aça bilməz”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO