İrandan olan 22 həkim Azərbaycanda döyüş bölgələrində ixtisasları üzrə könüllü xidmət göstərmək istəyirlər.
Bunun üçün onlar Azərbaycanın İrandakı səfirliyinə müraciət ediblər.
İranın Azərbaycandakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, müraciətdə qeyd edilib: “Diqqətinizə çatdırmaq istərdik ki, biz, İranın mütəxəssis həkimləri Azərbaycan Respublikasının hörmətli dövlətini və xalqını yeni qələbələrlə təbrik edib, eləcə də, hərbçilərin və sivil xalqın şəhid edilməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verərək, Azərbaycan Respublikası Ordusuna və əsgərinə yeni qələbələr arzulayırıq. Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik”.
Bizim.Media