Burun tıxanıqlığını aradan qaldırmağın üsulları

Burun tıxanıqlığını aradan qaldırmağın üsulları

Hazırda oxunan: Burun tıxanıqlığını aradan qaldırmağın üsulları

9475

Burun tıxanıqlığı ən çox narahatlıq yaradan, nəfəs almağa əngəl olan hallardan biridir. Uşaqlarda isə bu hal daha dözülməz olur.

Ona görə də valideynlər müxtəlif üsullardan istifadə edərək bu halı aradan qaldırmağa və uşaqların normal nəfəs almasını təmin etməyə çalışırlar.

Bizim.Media burun tıxanıqlığını aradan qaldırmaq üsullarını təqdim edir:

Mütəxəssislər hesab edir ki, uşağın burun tıxanıqlığının allergik, eləcə də infeksiya ilə əlaqəli bir problem olub-olmadığını araşdırmaq lazımdır.

Bəzən uşaqlarda burun içi quruluşlarına görə də burun tıxanıqlığı problemi yaşandığı müşahidə olunur. Bu, burun əti böyüməyə başlayanda da ola bilər, ancaq bütün bunlar normaldırsa, o zaman otağın temperaturu və rütubəti yoxlanmalıdır.

Uşaqlarda burun tıxanması tez-tez baş verirsə, otağın temperaturuna və rütubətinə nəzarət etmək lazımdır.

Otaq istiliyi xüsusilə qışda 21-22 dərəcəni keçməməlidir. Çünki daha sərin bir mühitdə tənəffüs sistemimizin müdafiə mexanizmi daha sürətli işləyir. Burun tıkanıqlığının qarşısını almaq üçün otaq çox isti olmamalıdır.

Rütubət ölçən cihazla otağının rütubətini ölçmək lazımdır. Rütubət 45-50 faiz arasında olmalıdır. Qızdırıcılar otağın havasını çox qurudursa, bu, 20 faizə düşür. Otağın rütubətini artırmaq üçün çox sadə tədbirlər görülə bilər.

Məsələn, qızdırıcının üzərinə yaş bir dəsmal qoymaq kifayət ola bilər, eyni şəkildə otaq nəmləndiricisinə də üstünlük verilir.

Çox isti və çox quru mühitlərdə infeksiya yaranması nəticəsində burun tıxanır və bu halda xəstəlik inkişaf edə bilər.

Uşaqlarda burun tıxanıqlığını necə aradan qaldırmaq olar?

Tıxanmış burnu duzlu su ilə təmizləmək tıxanıqlığını azaltmağa və mikrobları təmizləməyə kömək edir.

- Qapalı mühitlərdə daha çox olursunuzsa, çaydanda suyu qaynadıb oturduğunuz otağa qoyun. Su buxarının yaratdığı nəm tıxanıqlığın aradan qalxmasına yardımçı olacaqdır.

- Yatdığınız otağın havasını mütləq dəyişin. Gündə ən azı 20 dəqiqə yatdığınız yataq otağını havalandırın. Burun tıxanıqlığının toz səbəbindən baş verdiyi hallarda yatdığınız otaqda xalça qoymayın. Allergik burun tıkanıqlığının ən çox görülən səbəbləri xalçadakı mikroblardır.

- Burun tıkanıqlığı zamanı buruna bir damcı limon suyu damızdırmaq problemi aradan qaldırmaq üsullarından biri sayılır. (e-tibb.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO