Koronavirus xəstələrinə idman etmək qadağandır

Koronavirus xəstələrinə idman etmək qadağandır

Hazırda oxunan: Koronavirus xəstələrinə idman etmək qadağandır

9391

Bədən təlimi üzrə həkim Elena Ryabinkova, koronavirusdan sağalan xəstələrə hansı idman təlimlərinin zərərli olduğunu açıqlayıb.

Bizim.Media Ren.Tv-yə istinadən xəbər verir ki, həkimin sözlərinə görə, COVID-19-dan sonra sağlamlığı və aktivliyi bərpa etmək üçün hər bir insan mütləq şəkildə idmanla məşğul olmalıdır.

Lakin virusdan sağalan insanların soyuq havada idman etməsi qəti qadağandır.

"Soyuq hava və havanın rütubəti nəfəs borusundakı yolları iflic edir. Bu zaman yuxarı tənəffüs yollarında olan bəlğəm ağ ciyərlərə yayılır”,- deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, keçmiş xəstələrdə onsuz da kifayət qədər xəstəlikdən sonra fəsadlar meydana gələ bilər.

Bu kəskin tənəffüs çətinliyi sindromu, miokart, depresiya, anemiya, böyrək çatışmazlığı, sidikdəki zülal və sümük iliyi zədələnməsidir.

Mütəxəssis, xəstəlik keçirmiş insanlarda miyokart və stress-kardiomiopatiyanın qarşısını almaq və ürəyə nəzarət etmək üçün yalnız təcrübəli bir təlimçinin nəzarəti altında idman etmək lazım olduğunu vurğulayıb.

Həkim həmçinin koronavirusdən əziyyət çəkənlərin yarısından çoxunda şiddətli zəiflik, başgicəllənmə, oynaq ağrısı, öskürək, boğaz quruluğu, iştahsızlıq və pis əhval-ruhiyyənin olduğunu da qeyd edib. 

Mütəxəssis təlim proqramının pasientə xəstəliyin necə keçirdiyindən asılı olaraq yazılmasını da tövsiyə edib.

Onun fikrincə, bütün xəstələrə eyni məşq proqramı etmək olmaz. Xatırladaq ki, 11 martda ÜST yeni koronavirusun yayılması ilə bağlı pandemiya elan edib.

Dünyada  bu xəstəlikdən 97.4 milyon insan əziyyət çəkir. 

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO