Məktəblilərin ənənəvi icbari tibbi müayinəsi təxirə salınıb. TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, proses karantin müddətində müvəqqəti dayandırılıb. Ehtiyac olduğu halda valideynlər fərdi şəkildə tibb müəssisələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, hər ilin oktyabr ayında məktəb şagirdləri icbari tibbi müayinəyə cəlb olunurdu. Məktəb tərəfindən onlara müvafiq göndəriş verilir və buna əsasən, şagirdlər ərazi üzrə tibb müəssisələrində dispanserizasiyadan keçirdilər. Proses “Uşaqların icbari dispanserizasiyası haqqında” qanuna əsasən, şagirdlərin sağlamlığını nəzarətdə saxlamaq məqsədilə aparılır.
Bizim.Media