Hamilə qadın bətnindəki körpəni koronavirusa yoluxdurdu

Hamilə qadın bətnindəki körpəni koronavirusa yoluxdurdu

Hazırda oxunan: Hamilə qadın bətnindəki körpəni koronavirusa yoluxdurdu

9026

Bolqarıstanda COVID-19-a yoluxan hamilə qadın virusu bətnindəki uşağa keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə NovaTV telekanalına müsahibə verən Bolqarıstanın Pasardjik şəhər xəstəxananın ginekoloji şöbəsinin müdiri İliyan Trayanov deyib.

Mütəxəssis bildirib ki, hamiləliyin gedişi müşahidə edilərkən dölün inkişafında, həmçinin, yeni doğulmuş körpənin analizlərində tapılan antikorlar onun artıq ananın bətnində koronavirusa yoluxduğu qənaətini təsdiqləyir.

Qeyd olunur ki, körpənin 28 yaşlı anası keçən ilin sonunda, hamiləliyin səkkizinci ayında koronavirusa tutulub.

Dölün inkişafındakı gecikmə səbəbindən hamiləliyin bitməsindən iki həftə əvvəl qeysəriyyə əməliyyatı keçirilib.

Bildirilir ki, hazırda həm ana, həm də yeni doğulmuş uşaq evə buraxılıb və onlar özlərini yaxşı hiss edirlər. (Oxu)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO