Qazlı içkilərin üzərində niyə

Qazlı içkilərin üzərində niyə "Soyuq için" yazılır? - İNANILMAZ FAKTLAR

Hazırda oxunan: Qazlı içkilərin üzərində niyə "Soyuq için" yazılır? - İNANILMAZ FAKTLAR

87963

Qazlı içkilərin üzərində "Soyuq için" yazısını görməyən yoxdur. Bu xəbərdarlığın səbəbini heç düşünmüsünüzmü?

Bizim.Media xəbər verir ki, qazlı içkilərin tərkibində təzyiqin köməyi ilə həll olunan karbon qazı var.

Belə ki, qazların həllolma qabiliyyəti temperaturla tərs mütənasibdir və təzyiqlə düz mütənasibdir. Bu zaman temperatur artdıqca həll olma qabiliyyəti azalır, təzyiq artdıqca isə həll olma qabiliyyəti artır.

Bu baxımdan qazlı içkilərin üzərinə "Soyuq için" yazılır ki, qapağı açdığınız karbon qazı uçmamasın.

1997-ci ildə Yale Universitetində aparılan bir araşdırmaya görə, içdiyimiz mayelər bədənin itirdiyi suyu geri qaytarmağa çalışmazdan əvvəl susuzluğumuzu yatırtmaq kimi psixoloji nəticəyə malikdir.

Başqa sözlə, beyin bir şey içərkən fiziki hisslər vasitəsilə bədənə suyu bərpa etməklə bağlı siqnal göndərir. Əgər istehlak edilən mayenin temperaturu ağız və boğazımızın temperaturundan əhəmiyyətli dərəcədə aşağı və ya yüksək olarsa, beyin tərəfindən ötürülən siqnal güclənir.

Bu zaman hisslərimiz daha çox işləyir. Temperaturun ölçülməsindən məsul olan sinirlər də stimullaşır. Bu vəziyyət aldığımız həzzə müsbət təsir edir və soyuq bir şey içdikdə bu həzz hədsiz dərəcədə artır.

İçki şirkətləri də bu elmi həqiqətdən xəbərdardırlar. Daha çox istehlakçı həzzi isə artan satış və müştəri loyallığı deməkdir. Nəticədə bu məhsulların soyuq içilməsi həm istehsalçını, həm də istehlakçıları daha qane edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO