Koronavirus xəstələri üçün BU DƏRMAN təhlükəlidir

Koronavirus xəstələri üçün BU DƏRMAN təhlükəlidir

Hazırda oxunan: Koronavirus xəstələri üçün BU DƏRMAN təhlükəlidir

8419

Amerikalı həkim və yoluxucu xəstəliklər mütəxəssisi koronavirusun (COVID-19) səbəb olduğu xəstəliyin simptomlarını aradan qaldırmaq üçün antidiareal və dekonjestant dərmanlarının istifadəsini yersiz hesab edir. 

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, Sinsinnati şəhərinin Uşaq Xəstəxanasında yoluxucu xəstəliklərə nəzarət və profilaktika şöbəsinin müdiri Coşua Şaffçin bu fikirdədir. 
 

MÖVZU İLƏ BAĞLI:

Çin peyvəndinə etibar edəkmi? – Nazirlikdən AÇIQLAMA


Onun sözlərinə görə, COVID-19 simptomları arasında olan qusma və ishalın mədə-bağırsaq traktının bakteriyaların təmizlənməsi prosesində olduğu üçün, ona müdaxilə etməmək daha məqsədəuyğun olardı.

Şaffçin bildirib ki, bu zaman  diareyaya qarşı preparat qəbul edilərsə, bağırsaqların fəaliyyəti dayanır və bakteriyalar orqanizmdən tam xaric ola bilmir:

“Antidiareal dərmanların tərkibindəki loperamid infeksiyanın bədəndən çıxarılmasının təbii prosesini pozur. Bu zaman ən optimal variant  daha çox su içmək və bədənə infeksiya ilə mübarizə aparmaq üçün vaxt verməkdir”.

Eyni zamanda, Şaffçin COVID-19 simptomlarından qurtulmaq üçün, maye yığılmasına qarşı preparatdan istifadə etməkdən çəkinmək lazım olduğunu da vurğulayıb.

Həkimin sözlərinə görə, bu dərmanların tərkibindəki fenilefrin maddəsi yalnız sağlamlığa zərər verə bilər, xüsusən də ürək-damar sistemi ilə problemi olanlar bundan daha çox zərər görə bilərlər. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO