Dünyada koronavirusa yoluxanların sayı kəskin artıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı kəskin artıb - ÜST

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı kəskin artıb - ÜST

82685

Dünyada koronavirusa yoluxanların sayı kəskin artıb.

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

Onun sözlərinə görə, son iki həftə ərzində koronavirusa yoluxma hallarının sayı təxminən 30 faiz artıb. Baş direktor qeyd edib ki, bu, koronavirusun "omikron" ştammının mövcud variantlarının yayılması ilə əlaqədardır. Eyni zamanda, bu variantın yeni alt növləri də aşkarlanır.

"Avropa və Amerikada yoluxma hallarının əksəriyyəti ["omikron" ştammın] BA.4 və BA.5 alt variantlarıdır", - deyə Tedros Adanom Qebreyesus bildirib.

O əlavə edib ki, Hindistanda "omikron" ştammın BA.2.75 alt variantı aşkarlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO