Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə ortaya çıxan və sonradan bir çox ölkədə görülən mənşəyi bilinməyən hepatit virusuna yoluxan uşaqların sayının artdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, qurumun baş direktoru Tedros Adhanom Qebreyesus sirli baş verənlərlə bağlı son məlumatları paylaşıb.
T.Qebreyesus indiyədək 34 ölkədə 700 hepatit hadisəsinin təsdiqləndiyini, 112-nin araşdırıldığını bildirib.
Virusa yoluxan ən az 38 uşağın qaraciyər transplantasiyası əməliyyatı keçirməli olduğunu bildirən T.Qebreyesus, 10 uşağın öldüyünü qeyd edib.
ÜST rəhbəri bəyan edib ki, təşkilat üzv ölkələrlə virusun mənbəyini araşdırmaqda davam edir.
Məlumat üçün bildirək ki, mənşəyi məlum olmayan sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomlarla müşayiət olunan hepatit 1 aydan 16 yaşa qədər uşaqlarda müşahidə edilir. (Medicina.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
04:21 / 10.06.2022
Sirli hepatit 10-dan çox uşağı öldürdü - SÜRƏTLƏ YAYILIR...
Hazırda oxunan: Sirli hepatit 10-dan çox uşağı öldürdü - SÜRƏTLƏ YAYILIR...
Hazırda oxunan: Sirli hepatit 10-dan çox uşağı öldürdü - SÜRƏTLƏ YAYILIR...
78519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.