“Biontech/Pfizer” peyvəndi koronavirusun mutasiyaya uğramış yeni növünə qarşı sınaqdan uğurla çıxıb.
Bizim.Media xəbər verir ki, “Pfizer” bu barədə Texas Universiteti Tibb Fakültəsi ilə əməkdaşlığı zamanı aparılan laborotoriya testlərindən sonra açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
ÜST: Koronavirusun Britaniya ştammı 41 ölkədə aşkar edildi
Məlumatı firmanın baş meneceri Filipp Dormitzer təsdiqləyib.
“İnsanları çox narahat edən bu mutasiyanın problem yaratmadığını görmək xoşdur”,- deyə şirkət rəsmisi bildirib.
Bizim.Media