TƏBİB-in tabelindəki tibb müəssisələrində vətəndaşların qəbulu, vətəndaş müraciətlərinə baxılması, kargüzarlıq, eləcə də Elektron Sənəd Dövriyyəsi işinin təşkili, nəzarətin gücləndirilməsi və bu istiqamətlərdə tibb müəssisələrinə dəstəyin göstərilməsi məqsədilə monitorinqlər keçirilir.
TƏBİB-dən Bizim.Media-ya verilən xəbərə görə, bu istiqamətdə aşkar edilən nöqsanlar aktlaşdırılıb, nöqsanların aradan qaldırılması üzrə metodik tövsiyələr verilib.
Monitorinqlər Mingəçevir, Samux, Ağdaş, Yevlax Rayon Mərkəzi Xəstəxanalarını əhatə edib.
Eyni zamanda, sözügedən tibb müəssisələrinin Ümumi, İnsan resursları və Maliyyə şöbələrinin əməkdaşları ilə elektron sənəd dövriyyəsi sistemi (ESDS) ilə iş üzrə təlimlər keçirilib.
Monitorinq və təlimlərin digər bölgələr üzrə də davam etdirilməsi nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
COP29
18:27 / 05.05.2022
TƏBİB bir sıra xəstəxanalarda nöqsan aşkarladı - SİYAHI
Hazırda oxunan: TƏBİB bir sıra xəstəxanalarda nöqsan aşkarladı - SİYAHI
Hazırda oxunan: TƏBİB bir sıra xəstəxanalarda nöqsan aşkarladı - SİYAHI
72964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.