Koronavirus cəbhəsində yaydakından daha ağır fəsadlar gözlənilir

Koronavirus cəbhəsində yaydakından daha ağır fəsadlar gözlənilir

Hazırda oxunan: Koronavirus cəbhəsində yaydakından daha ağır fəsadlar gözlənilir

724

Bunu Bizim.Media-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, yoluxmanın artmasının əsas səbəbi koronavirusun aktuallığının itməsi oldu: “İnsanlar diqqətini ön cəbhəyə yönəltdi. Arxa cəbhəni unutdular. Qaydalara əməl olunmadı. Eləcə də karantin rejiminin yumşaldılması, məktəblərin açılması, rayonlara gediş-gəlişə icazə verilməsi, məhdudiyyətlərin aradan qaldırılması artıma səbəb olub. Artıq 530 yoluxma faktı qeydə alınıb. Gedişat onu göstərir ki, yaydakından daha ağır fəsadlar ola bilər. Vəziyyəti insanların məsuliyyətinə buraxmaq olmaz. Ordunu düşünmək lazımdır. Karantin qaydalarını təcili sərtləşdirməkdən başqa yolumuz yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO