Boşanmaq kişi sağlamlığı üçün ÇOX ZƏRƏRLİDİR

Boşanmaq kişi sağlamlığı üçün ÇOX ZƏRƏRLİDİR

Hazırda oxunan: Boşanmaq kişi sağlamlığı üçün ÇOX ZƏRƏRLİDİR

70293

Boşanmaq, eləcə də uzun müddət münasibətdə olduğu partnyordan, sevgilidən ayrılmaq kişi sağlamlığı üçün zərərlidir.

Bizim.Media xəbər verir ki, Kopenhagen Universitetinin alimləri bir neçə min kişi və qadın üzərində apardıqları elmi araşdırma nəticəsində bunu sübut ediblər.

İştirakçılar 45-65 yaş arası olub. Belə ki, onların hamısı 1988-2011-ci illər arasında boşanıblar. Alimlər onların qanının iltihab göstəricilərini yoxlayıb.

Xroniki sistem iltihabı ürək-damar, şəkər, infarkt, xərçəng riskini artırır.

Nəticələr göstərib ki, şəxsi həyatında çox ayrılıq və uğursuzluq yaşayan, boşanan, uzun illərini tənha keçirən kişilərin qanında iltihab markeri çoxalıb. Qadınlarda isə uzun illər kişisiz qalmaq qanda iltihab artırmır. Onların endokrin sistemi və hormonları bundan qoruyur.
Belə ki, boşanan kişilərin qanında S-reaktiv zülal 17% artmış olur. 7 il tənha yaşayan kişilərdə bu rəqəm daha da artır.

Bu göstəricilər savadlı, savadsız, orta gəlirli və ya yüksək gəlirli kişilər üçün eynidir. Bu iltihab göstəricisi kişilərin qəfil və erkən ölüm riskini də artırır. Ona görə də boşanma kişi sağlamlığı üçün həyati təhlükəli hesab olunmalıdır. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO