Soyuq havadan zədələnən cild və saç üçün MASKALAR

Soyuq havadan zədələnən cild və saç üçün MASKALAR

Hazırda oxunan: Soyuq havadan zədələnən cild və saç üçün MASKALAR

68864

Soyuq hava təəssüf ki, dəriyə mənfi təsir edir. Bu səbəbdən havalar isindikcə istər cildin, istərsə də saçların yeni hava şəraitinə davamlılığını artıqmaq üçün qulluq üsullarını və vasitələrini dəyişdirməyə ehtiyac duyulur.

Bizim.Media qış fəslinin səbəb olduğu dəridəki qızartını, quruluğu, səpgiləri, sızanaq və ləkələri aradan qaldıracaq, zədələnmiş saçların bərpasını sürətləndirən maskaları təqdim edir.

Cild üçün:

1 xörək qaşığı toz halına salınmış yaşıl çay

1 çay qaşığı limon suyu

3 çay qaşığı bal

1 çay qaşığı soda

Bütün inqridientləri qarışdırıb üz və boyuna çəkin. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bu maskadan həftədə bir dəfə istifadə edin.

Bu maska ilk tətbiqdən etibarən dərini təravətləndirəcək, onun nəfəs almasına imkan verərək qan dövranını sürətləndirəcək. Məsamələri təmizləyən bu qarışım sızanağın yaranmasının qarşısını alacaq.

Saç üçün;

Zeytun yağı (1 xörək qaşığı)

küncüt yağı (1 xörək qaşığı)

gənəgərçək yağı (1 çay qaşığı)

badam yağı (1 xörək qaşığı)

lavanda yağı (1 xörək qaşığı)

Bütün ləvazimatları qarışdırıb dörd gündə bir dəfə duşadan əvvəl saç diblərinə çəkin. Ən azı 2 saat gözlədikdən sonra yuyun.

Bu maska qan dövranını sürətləndirəcək və baş dərisini infeksiyalardan təmizləyəcək, qoxu və kəpəyin qarşısını alacaq. Həmçinin saçların uzanmasına müsbət təsir edəcək. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO