Orqan transplantasiyası ilə bağlı yaradılan Koordinasiya Mərkəzi bu tarixdə fəaliyyətə başlayacaq

Orqan transplantasiyası ilə bağlı yaradılan Koordinasiya Mərkəzi bu tarixdə fəaliyyətə başlayacaq

Hazırda oxunan: Orqan transplantasiyası ilə bağlı yaradılan Koordinasiya Mərkəzi bu tarixdə fəaliyyətə başlayacaq

68774

Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində yaradılan Koordinasiya Mərkəzi 2 aya hazır olacaq.

Bizim.Media xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Etik Komissiyalar da həmin mərkəzdə fəaliyyət göstərəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda meyitdən orqan köçürülməsinə BAŞLANILIR – Yeni qanun işə düşdü


“Bütün detallar ofisin açılışı zamanı bildiriləcək. Mərkəzin əsas məqsədi orqan köçürülməsinə ehtiyacı olan şəxslərin mərkəzləşdirilmiş bazasını yaratmaq, tibbi cəhətdən ədalətli prioritet sıraların qurulması, eləcə də orqan donor bazasının formalaşdırılmasıdır. Əsas mövzu meyit donorları ilə bağlıdır. Bununla bağlı kifayət qədər böyük iş görülür”. 

Azərbaycanda beyin ölümü meyarlarının təsdiqləndiyini xatırladan T.Musayev əlavə edib ki, prosesə cəlb olunan mütəxəssislərin xüsusi təlimləri aparılır:

“İnanırıq ki, qısa müddətdə Koordinasiya Mərkəzi beynəlxalq standartlara uyğun şəkildə öz fəaliyyətini həyata keçirməyə başlayacaq. Bizim cəmiyyət digər qabaqcıl ölkələr kimi bu prosesin tam şəffaf şəkildə icrasını görmüş olacaqlar”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO