Koronavirus yaşlanmanı sürətləndirir?

Koronavirus yaşlanmanı sürətləndirir?

Hazırda oxunan: Koronavirus yaşlanmanı sürətləndirir?

6703

Bioloq COVID-19-dan sağalanların erkən yaşlanması barədə xəbərdarlıq edib.

Bizim.Media bildirir ki, Corc Meyson Universitetinin Sistemli Biologiya Məktəbinin professoru Ança Baranova, COVID-19 keçirən insanların tez yaşlanması barədə danışıb.

Onun sözlərinə görə, bədənin erkən yaşlanması, yüngül infeksiya keçirənləri belə təhdid edir. O, bir qrup həkim tərəfindən aparılan araşdırmanın müvafiq nəticələrindən bəhs edərək deyib ki, mütəxəssislər orta və yüngül dərəcəli COVID-19 xəstələrini müayinə ediblər:

"Bu xəstələrin hamısı ambulator  şəraitdə müayinə olunublar. O zaman  hamını müalicə etməyə cəlb etdikləri üçün bəziləri hətta xəstəxanalarda yerləşdirilmişdi. Hətta çox yüngül xəstələnmiş adamların 70 faizidə bəzi daxili orqanların patologiyası müşahidə edilirdi. Əsas patologiya yalnız ürəklə bağlı deyildi, əsasən yağ hepatozu (qaraciyərin əziyyət çəkdiyi hal) və pankreas (mədəaltı vəzi) toxumasının yağ degenerasiyası idi. Adətən belə diaqnozlar 60 yaşında, postkovid qrupda isə artıq 40 yaşda qoyulur".

Professor, həmçinin koronavirusun "qocalığı yaxınlaşdırdığı" və "resursları xərclədiyi"qənaətinə gəlib. Onun fikrincə, infeksiyanın bütün nəticələrini ətraflı öyrənmək üçün daha çox oxşar araşdırma aparmaq lazımdır. A.Baranova xəstəxanadan çıxan koronavirus xəstələrindən daha çox analiz toplamağı və onları ətraflı öyrənməyi təklif edib. (e-tibb)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO