Aptekdən həkim məsləhəti olmadan alınan dərmanlar bizə faydadan çox zərər verə bilər”.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev Nazirliyin “İnstagram” hesabındakı canlı yayımında deyib.
Həkim qeyd edib ki, hətta həkim məsləhəti olmadan vitamin qəbulu da təhlükəlidir:
“Vətəndaş hansı vitaminin özündə əksik olduğunu bilməsi üçün analiz verməlidir. Çox hallarda reseptsiz alınan vitamin qəbuluna görə bədəndə fəsadlar yaranır. “D” vitamini əskikliyi bizdə çox olur. Çünki Günəş şüalarından bunu ala bilmirik. Buna görə də ağızdan vitamin D qəbul edirik”.
Həkim deyib ki, bəzi mədə-bağırsaq sistemi xəstəliklərinin yaz aylarında kəskinləşdiyi vaxtdır:
"Xüsusilə fəsil dəyişikliyi ilə əlaqədar bəzi xəstəliklər kəskinləşmə dövrü keçirir" - o deyib.
Bizim.Media
- A-
- A
- A+
COP29
15:41 / 16.03.2022
Bu hallarda vitamin qəbulu təhlükəlidir - Nazirlikdən XƏBƏRDARLIQ
Hazırda oxunan: Bu hallarda vitamin qəbulu təhlükəlidir - Nazirlikdən XƏBƏRDARLIQ
Hazırda oxunan: Bu hallarda vitamin qəbulu təhlükəlidir - Nazirlikdən XƏBƏRDARLIQ
65139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.