Soyuducuda bu qidaları saxlamayın – ZƏHƏRLƏNƏ bilərsiz!

Soyuducuda bu qidaları saxlamayın – ZƏHƏRLƏNƏ bilərsiz!

Hazırda oxunan: Soyuducuda bu qidaları saxlamayın – ZƏHƏRLƏNƏ bilərsiz!

60913

Bir çox evdar xanım və bəylər soyuducunu fərq olmadan hər şeyi saxlaya biləcəyi rəf hesab edir, lakin bu yanaşma təhlükəli ola bilər.

Bizim.Media "WeChat" saytına istinadən soyuducuda saxlanılması qadağan olan qidaları diqqətə çatdırır:

1. Ədviyyatları soyuducuda saxlamayın. Bibər kimi ədviyyatlar soyuducuda saxlandıqda nəmlənməyə başlayır, nəticədə qaraciyər xəstəliyinə səbəb olan aflatoksinlər əmələ gətirir.

2. Tropik meyvələri soyuducuda saxlamaq olmaz. Belə ki, banan, kivi və digər tropik meyvələr soyuducuda təravətli qalmır və çürüməni sürətləndirir. Çünki aşağı temperaturlu mühitdə bakteriyalar meyvələrdə çoxalır.

3. Soyuducuda xəmir, əriştə kimi məhsullar saxlamayın. Evdə hazırlanmış əriştə maksimum iki-üç gün saxlanıla bilər. Lakin bəziləri soyuducuda onların xarab olmadığına və daha uzun müddət saxlanıla biləcəyinə inanır. Əslində, belə əriştə yemək sağlamlığa çox mənfi təsir göstərə bilər.

4. Dərman bitkilərini soyuducuya yerləşdirməyin. Çünki onlar uzun müddət qida ilə təmas etdiyindən müxtəlif bakteriyalar və nəm onlara nüfuz edə bilər ki. Bu da onların faydalı xüsusiyyətlərinin itirilməsinə səbəb olacaq.

5. Bal da soyuq temperaturda öz müalicəvi xassələrini, həmçinin əsl dadını itirir. Balı otaq temperaturunda saxlamaq lazımdır.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO