Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pfizer COVID-19 əleyhinə peyvəndin azaldılmış dozasının 5-11 yaş arası uşaqlara tətbiqinin genişləndirilməsini tövsiyə edib.
Bizim.Media xəbər verir ki, belə qərar tövsiyə immunizasiya üzrə Strateji Mütəxəssislər Qrupunun (SAGE) peyvəndi qiymətləndirmək üçün keçirdiyi iclasdan sonra qəbul olunub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda "Pfizer" vaksini vurulan tibb müəssisələrinin sayı artırılıb
Hazırda Pfizer peyvəndi 12 yaş və yuxarı insanlar üçün istifadə üçün tövsiyə olunur.
Yeniyetmələr üçün isə böyüklərə tövsiyə olunan 30 milliqram əvəzinə 10 milliqram tövsiyə olunur.
Bizim.Media