Günə enerjili başlamanın 6 əsas yolu

Günə enerjili başlamanın 6 əsas yolu

Hazırda oxunan: Günə enerjili başlamanın 6 əsas yolu

50345

Bizim.Media olaraq səhər oyanarkən günə daha yaxşı başlamanın yollarını sizlərə təqdim edirik.

1. Günə erkən başlayın

Araşdırmalar göstərir ki, səhər tezdən oyanan və tələsik olmayan insanlar gün ərzində özlərini daha enerjili və xoşbəxt hiss edirlər. Günə erkən başlamaq, görülməsi lazım olan iş və fəaliyyətlərin planlaşdırılması baxımından fayda təmin etməklə yanaşı, bütün günə müsbət təsir göstərərək insanın özünə daha çox vaxt ayırmasına töhfə verir.

2. Günə 1 stəkan su ilə başlayın

Su həyat üçün əvəzolunmazdır və sağlamlıq üçün faydaları danılmazdır. Yatmazdan əvvəl susuz qalan maddələr mübadiləsini oyatmağın ən yaxşı yolu günə bir stəkan su ilə başlamaqdır. Günə bir stəkan su ilə başlamaq maddələr mübadiləsinin oyanmasına kömək etməklə yanaşı, orqanizmdə yığılan toksinlərdən də xilas olmağa kömək edir.

3. Səhər yeməyinə laqeyd yanaşmayın

Dünyanın bütün mütəxəssisləri səhər yeməyinin ən vacib yemək olduğunu qəbul edirlər. Səhər yeməyi uzun aclıqdan sonra düşən qan şəkərinin səviyyəsini artırır və günə təzə və enerjili başlamanı təmin edir.

4. Gözəl bir mahnı dinləyin

Araşdırmalar göstərir ki, səhər oyananda musiqi dinləmək günü daha yaxşı edir. Sevimli mahnıya qulaq asmaq günə müsbət fikirlərlə başlamağın ən yaxşı yollarından biridir.

5. İlıq duş qəbul edin

Bir çoxumuz səhər oyandıqdan sonra və ya gecə yatmazdan əvvəl duş almağa üstünlük veririk. Araşdırmalara görə, səhərlər duş qəbulu stresli işçilər üçün idealdır. Duş rahatlaşdırıcı təsir göstərir və yuxudan oyandırır.

6. Telefondan, zənglərdən və mesajlardan uzaq durun

Telefon və e-poçt həyatımızın bir hissəsidir. Ancaq səhər yeməyi yemədən, tam oyanmadan və günü planlaşdırmadan telefonlara, mesajlara və e-poçtlara cavab vermək stresi artırır. Bu səbəbdən səhər yeməyini tamamladıqdan sonra telefonlara və e-poçtlara cavab vermək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO