Bu ilin 11 ayında 654 nəfər QİÇS-ə YOLUXUB – Mərkəz DİREKTORU 

Bu ilin 11 ayında 654 nəfər QİÇS-ə YOLUXUB – Mərkəz DİREKTORU 

Hazırda oxunan: Bu ilin 11 ayında 654 nəfər QİÇS-ə YOLUXUB – Mərkəz DİREKTORU 

48595

Cari ilin 11 ayında 654 nəfərdə HİV-ə (İİV - İnsanda İmmunçatışmazlığı Virusu) yoluxma faktı aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov "Ümumdünya QİÇS-lə Mübarizə Günü" mövzusundakı canlı yayımında deyib.

Onun sözlərinə görə QİÇS-ə yoluxanların 635-i azərbaycanlı 19-u əcnəbidir:

“Eynilə 635 azərbaycanlının 432-si kişi, 103-ü isə qadındır. Mərkəzimizə müxtəlif müəssisələrdən, o cümlədən qadın məsləhətxanası və doğum evlərindən qan nümunələri göndərilir. O müəssisələrdə QİÇS-ə görə müayinə aparılması mütləqdir. Yanaşmamız odur ki, hamilələrdə anadan olan uşağa xəstəliyin ötürülməsini önləyə bilək.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Azərbaycanda “SPİD”ə yoluxanların sayı 522 nəfər artıb – Bu xəstələr COVİD-dən necə qorunur?


İlk növbədə hamilə qadınlarda Antiretrovirus terapiyası aparılır. Xəstəliyi olanlar tövsiyəyə uyğun müalicələri aparırlarsa, anadan sağlam uşaq düyaya gətirə bilirik. Bir sözlə insanlarda virus yükünü aşkar olunmayan səviyyəyə çatdırırıq”.

Famil Məmmədovun sözlərinə görə QİÇS-ə yoluxma 25-49 yaş qrupu arasında olan insanlarda 75 faiz, 17 yaşa qədər uşaqlarda isə 2 fazidir: 

“Mərkəz bütün immunçatışmazlığı olan insanlara açıqdır və bu mərkəzdə müayinələr anonim və ödənişsiz qaydada aparılır. Məqsədimiz QİÇS-lə yaşayan insanları aşkarlamaq, xəstəliyin digərlərinə ötürülməməsi üçün yoluxduruculuq qabiliyyətini minimuma çatdırmaqdır”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO