COVID-19 qanda dəmir çatışmazlığı yaradır – Əlamətləri

COVID-19 qanda dəmir çatışmazlığı yaradır – Əlamətləri

Hazırda oxunan: COVID-19 qanda dəmir çatışmazlığı yaradır – Əlamətləri

48279

Koronavirus xəstələrində dəmir defisiti ola bilər. Bu mikroelementin azlığı orqanizmdə fəsadlar yaradır.

Bizim.Media xəbər verir ki, həkim terapevt Rimma Moysenko COVID-19 xəstələrində dəmir çatışmazlığı barədə danışıb.

“Sağalanlarda postkovid sindromu olur, bu zaman dəmir defisiti belə əlamətlərlə görülür: saçların, dırnaqların laylanması, tökülməsi, ümumi zəiflik, halsızlıq, gözlərin dibinin rənginin avasıması və s. Çox xəstələrdə hətta koviddən öncə də qanazlığı, dəmir defisiti olur, bundan xəbərsizdirlər. Xəstəlik vəziyyəti daha da ağırlaşdırır", - deyə R.Moysenko bildirib.

Həkim əlavə edib ki, analizlərdə ferritin, transferrinin miqdarına baxılmalıdır. Dəmir defisiti olanlarda maqniy, kalsiy, B12 də az ola bilər.

İnsan özündə defisit axtarıb, müalicə edə bilməz.

Dəmiri artırmaq üçün qida rasionuna mal qaraciyəri, ət, toyuq ciyəri, qarabaşaq, yaşıl tərəvəzlər, ət məhsulları yemək lazımdır. Əgər bədəndə kandidoz göbələyi varsa, o zaman dəmir sovrulmayacaq. Ona görə şirniyyat, şəkər azaldılmalıdır. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO