“Əgər məktəbdə 6-7 müəllim arasında yoluxma olarsa, onlar tədris apardığı siniflər təhlil olunur. Müəllimlərin daha çox sinifə girdikləri, daha çox insanla ünsiyyətdə olduqları müəyyənləşdirilir".
Bizim.Media xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda daha bir məktəb distant təhsilə keçdi
Onun sözlərinə görə, qaydalara görə ünsiyyətdə olan şəxslər müvəqqəti karantinə alınırlar:
“Bu səbəbdən ayrı-ayrı siniflər və məktəblərdə distant təhsilə keçid olacaq. Tədris ilinin əvvəlindən təxminən 50-ə yaxın məktəbdə belə hal olub. Əsaəsn böyük şəhərlərdə olur. Çünki onlarda sıxlıq daha çox olur. Ümumilikdə Azərbaycanda 4 450-ə yaxın məktəbin olmasını nəzərə alsaq, 50-ə yaxın məktəb kifayət qədər kiçik rəqəmdir”.
Bizim.Media