Avropada COVID-19-a yoluxma və ölüm halları artır

Avropada COVID-19-a yoluxma və ölüm halları artır

Hazırda oxunan: Avropada COVID-19-a yoluxma və ölüm halları artır

43570

Avropa keçən həftədə koronavirusa (COVID-19) yeni yoluxma hadisələrinin və xəstəlikdən ölənlərin sayının artmağa davam etdiyi dünyanın yeganə qitəsi olmaqda davam edir. 

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata əsasən, oktyabrın 18-dən 24-dək olan həftə ərzində dünyada COVID-19 infeksiyasına yeni yoluxma hallarının sayı 4 faiz artıb.

Bundan əlavə, koronavirusa yeni yoluxma hadisələrinin yarıdan çoxu (57%) Avropa regionunda qeydə alınıb.

Dünyanın bu qitəsi keçən həftə ilə müqayisədə yoluxmanın artdığı yeganə bölgə idi.

Digər bölgələrdə həftəlik COVID-19-a yoluxma hallarında azalma qeydə alınıb. Dünyada ümumilikdə xəstəlikdən ölənlərin sayı keçən həftə ilə müqayisədə 5% artıb. Avropa regionunda (14%) və Cənub-Şərqi Asiyada (13%) artım qeydə alınıb. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO