Koronavirusla bağlı qorxunc fakt - Xərçəngə bənzər xüsusiyyət AŞKARLANDI - FOTOFAKT

Koronavirusla bağlı qorxunc fakt - Xərçəngə bənzər xüsusiyyət AŞKARLANDI - FOTOFAKT

Hazırda oxunan: Koronavirusla bağlı qorxunc fakt - Xərçəngə bənzər xüsusiyyət AŞKARLANDI - FOTOFAKT

36665

Koronavirusun xərçəng xəstəliyinə bənzər xüsusiyyətləri aşkarlanıb. 

Bizim.Media NTV-yə istinadən xəbər verir ki, Türkiyənin Kastamonu vilayətində COVID-19-a yoluxan 52 yaşlı xəstə döş qəfəsində ağrı şikayəti ilə xəstəxanaya müraciət edib. 

Xəstənin təhlil nəticələrində ağ ciyərinin sağ hissəsində diametri 4 santimetr olan şiş müəyyən edilib və xəstəyə xərçəng diaqnozu qoyularaq əməliyyata alınması məsləhət görülüb. 

Əməliyyatdan qabaq COVID-19 testi pozitiv çıxan xəstəyə ediləcək tibbi müdaxilə təxirə salınıb. On dörd günlük karantin müddətindən sonra COVID-19 testi neqativ nəticə verən bu şəxsin müayinələri zamanı ağ ciyərindəki şişin yox olduğu görülüb. 

Bununla bağlı mediaya açıqlama verən tibb işçiləri baş verən bu hadisənin dünyada bir yenilik olduğunu, xərçəngdən irəli gələn şişin yox olma ehtimalının olmadığını bildiriblər. 

Həmçinin, COVID-19-da xərçəngə bənzər xüsusiyyətin aşkarlandığı qeyd olunub 

Hazırda nəzarətdə saxlanılan bu şəxsin vəziyyəti qənaətbəxşdir. 
 
Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO