Azərbaycanlı həkim 4-cü dəfə peyvənd olunub.
Bizim.Media xəbər verir ki, bu barədə həkimin özü, Yasin Haqverdi məlumat verib. O qeyd edib ki, koronavirus xəstələri ilə çalışdığı üçün belə bir addım atıb:
MÖVZU İLƏ BAĞLI:
Əhalinin 70 faizi peyvənd olunduqdan sonra karantin ləğv ediləcək? – AÇIQLAMA
“4-cü doza peyvənd olundum: 2 doza Sinovac + 2 doza Biontech. Pandemiya başlayandan bəri korona xəstələrinin də olduğu xəstəxanada işləyirəm. Bu günə qədər maska, məsafə, təmizlik qaydasına tam əməl etmişəm, 12 dəfə PCR testi vermişəm və negativ çıxıb. Bu gün də 4-cü dəfə peyvənd olundum”.
Həkim bu qədər qorunduğuna və 4 doz peyvənd qəbul etdiyinə baxmayaraq, koronaya yoluxmanın riski ilə üz-üzə qaldığını deyib:
“Orta məktəblərdə isə “ehtimal, faiz, nisbət” mütləq dəqiq öyrədilməlidir, bütün elm bunların üstündə qurulub”. (milli.az)
Bizim.Media