Azərbaycanda uşaqlar koronavirusa qarşı peyənd olunmayacaq – Bizim hesablama

Azərbaycanda uşaqlar koronavirusa qarşı peyənd olunmayacaq – Bizim hesablama

Hazırda oxunan: Azərbaycanda uşaqlar koronavirusa qarşı peyənd olunmayacaq – Bizim hesablama

33367

Bir sıra xarici ölkələrdə vaksinasiya ilə bağlı yaş həddi aşağı salınıb, bəzi ölkələrdə 13, digərlərində 3 yaşdan yuxarı olan uşaqların peyvənd olunacağı açıqlanıb. 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Nazirlər Kabineti yanında Operativ Qərargahda təmsil olunan Rəşad Mahmudov bildirib ki, Dünya Səhiyyə Təşkilatı əhalinin 70-75 faizinin peyvəndlənməsini tövsiyə edir:

“Ölkəmiz üçün bu 7-7.5 milyon insan deməkdir. Yəni, 3-cü dozanı nəzərə almasaq, iki doza üçün 15 milyon vaksin vurulmalıdır. Ölkəmizdə isə hələ ki, 5.5 milyon vaksin vurulub. Bu isə ümumi hədəfin cəmi 30 faizidir”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda koronavirusa yoluxanların neçə faizi qadınlardır?


Bu açıqlama sual doğurub. Azərbaycanda da uşaqların vaksinasiya olunması nəzərdə tutulur?

TƏBİB-in mətbuat xidmətindən Bizim.Media-ya qurumun icraçı olduğu, yalnız Operativ Qərargahdan sualımıza cavab ala biləcəyimiz bildirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə yaratmaq cəhdlərimiz isə boşa çıxıb.

Səlahiyyətli qurumlardan cavab ala bilmədiyimiz üçün təxmini hesablama apararaq, suala cavab tapmağa çalışdıq.
 

Qeyd edək ki, 2020-ci ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycan əhalisinin 26 faizi - 2,64 milyon nəfəri uşaqlardır. 


Son statistik məlumata görə əhali sayı isə 10 milyon 135 272 min nəfərdir. 

Əks göstəriş sertifikatının da konkret xəstəliklərlə bağlı verildiyini nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, hələ ki, Azərbaycanda uşaqların peyvənd olunması nəzərdə tutulmur.

Xatirə Nəsirli, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO