“İnsanlar pandemiyanın bitməsini düşünməsinlər”.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin instaqram səhifəsində "İmmunitet və Peyvənd sertifikatı" mövzusunda çıxışında baş infeksionist Təyyar Eyvazov çıxışında deyib.
Onun sözlərinə görə, ölkədə hələ ki, yoluxma sayı yüksək deyil. Bildirib ki, insanlar vaksinasiyada iştirak etsələr, infeksiyanı idarə etmək səhiyyə orqanları üçün asanlaşır.
T. Eyvazov qeyd edib ki, daha aqressiv, yoluxuculuğu yüksək olan ştamm ölkəyə daxil olub. O, insanları bayramda, yay aylarında məsuliyyətli və diqqətli olmağa çağırırıb.
Bizim.Media