Kiçik meyvənin 7 böyük faydası

Kiçik meyvənin 7 böyük faydası

Hazırda oxunan: Kiçik meyvənin 7 böyük faydası

27936

Cənnət almasının faydaları saymaqla bitməz. 

Digər alma növlərində olduğu kimi cənnət almasının tərkibində də bir çox faydalı vitamin (A, C, PP, B) və minerallar (kalsium, mis, dəmir, sink, marqans və s.), pektinlər, fitonsidlər, antioksidantlar, büzücü maddələr və s. var.

Lakin digər alma sortları ilə müqayisədə cənnət almasının tərkibində bioloji aktiv maddələr qat-qat daha çoxdur.

Hələ dahi Hippokrat öz elmi işlərində cənnət almalarının faydasını qeyd edirdi və onları ürək, böyrək və dəri xəstəlikləri zamanı yeməyi tövsiyə edirdi.

Almaların 7 böyük faydasını təqdim edirik:

1. Ürək və damarlar üçün çox faydalıdır, təzyiqi tənzimləməyə kömək edir, damarları möhkəmləndirir. 

2.Qanda xolesterinin səviyyəsini aşağı salır, ateroskleroz, infarkt və insultun riskini azaldır. 

3.Bağırsaqların fəaliyyətini aktivləşdirir, qəbizliyin qarşısını alır. 

4.Böyrəklər üçün çox faydalıdır. 

5.Polifenol maddələri ilə zəngin olduğundan xərçəngin (xüsusilə qaraciyər və yoğun bağırsağı xərçənginin) riskini azaldır. 

6.Sərbəst radikalları neytrallaşdırır və bununla da orqanizmdə qocalma proseslərini ləngidir. 

7.Dərinin vəziyyətinə müsbət təsir edir, gözlər üçün faydalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO