Təyyarələrimiz beynəlxalq təlimdə "fil yürüşü" etdilər - FOTO

Təyyarələrimiz beynəlxalq təlimdə "fil yürüşü" etdilər - FOTO

Hazırda oxunan: Təyyarələrimiz beynəlxalq təlimdə "fil yürüşü" etdilər - FOTO

249572

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2025” ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
 

Qeyd edilib ki, əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə təlim iştirakçılarına təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirlərinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı zəruri məlumatlar verilib.


Beynəlxalq təlimdə iştirak edən müxtəlif ölkələrin təyyarələri birlikdə "fil yürüşü" ediblər. Sonra iştirakçılar uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Həmçinin, ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar yerinə yetirilib. Uçuşlar zamanı qarşılıqlı fəaliyyət və rabitə əlaqəsi yoxlanılıb.

Qeyd edək ki, təlim mayın 23-dək davam edəcək.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO