“Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir”.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
MÖVZU İLƏ BAĞLI:
Uşaq poliklinikalarında icbari tibbi sığorta necə hesablanacaq? - AÇIQLAMA
Agentlik rəsmisi bildirib ki, bu il üçün müvafiq qurumlara təqdim edilən xidmətlər zərfində bu tibbi xidmətlərin sayının artırılması nəzərdə tutulur: “ 300-dən çox yeni tibbi xidmət zərfə əlavə olunacaq. Zərfə bu əlavələr vətəndaşların müraciətləri əsasında edilib”.
V.Qurbanovun sözlərinə görə, xidmətlər zərfinə əlavə ediləcək yeni tibbi xidmətlərin siyahısına yüksək ölüm riski yaradan və əlilliyə səbəb ola biləcək bir çox xəstəliklər daxildir.
Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə buradan tanış olmaq mümkündür.
Bizim.Media